Elxan Məmmədovun sədrlik etdiyi UEFA komitəsi iclas keçirdi

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) büro iclası keçirilib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub. İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sözügedən komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button