Elxan Məmmədov UEFA nümayəndəsi ilə görüşdü

Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar martın 27-də və 28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində Bakıya təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Şar arasında görüş keçirilib.

Görüşdə UAL Final Bakı-2019-un təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button