Elvin Yunuszadəli “Şkupi” səfərdən xalsız döndü

Futbol üzrə Şimali Makedoniya çempionatında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Ştruqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Elvin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq üzvü 67-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Şkupi” 7 oyuna topladığı 13 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.