Elvin Yunuszadə darmadağında iştirak etmədi

Futbol üzrə Şimali Makedoniya çempionatında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Borets” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Elvin bu görüşün iştirakçısı olmayıb. Bu komandaya yenicə baş məşqçi təyin olunan türk mütəxəssis millimizin sabiq üzvünün adını iştirak ərizəsinə də daxil etməyib.

“Şkupi” 8 oyuna topladığı 16 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.