Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

Futbol üzrə Albaniya çempionatında 4-cü turun oyunları keçirilib.

b xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Kukesi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov sonadək mübarizə aparıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Biliş” 4 turdan sonra 7 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button