Elşad Əhmədov: “Rəhbərliklə danışıq aparırıq”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 27-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Çempionatın sonudu. Oyun çox sönük keçdi. Bizim uşaqlarda da bir az arxayınlıq var idi. Boşluqlarımız oldu. Hücum qurmaqda çətinlik çəkirdik. Öz işimizi çətinləşdirdik. Son oyunda “Zirə” ilə layiqli mübarizə aparmalıyıq.
  • Komandada arxayınlıq var dediz, bu nə ilə bağlıdı?
  • Uşaqlarla çox danışmışdıq. Yəqin nəyisə çatdıra bilmədik.
  • Sizə yeni müqavilə təklif edilibmi?
  • Bəli, rəhbərliklə danışıqlar aparırıq. Çempionatın sonunda qərar qərar verəcəyik.
  • Təmkin Xəlilzadənin durumu nə yerdədi?
  • Onunla bağlı klub rəhbərliyi qərar verəcək.
  • Bəzi aparıcı futbolçuların adı “Sabah”la hallanır. Səlahət Ağayev, Emin Mahmudov və s. Bu xəbərlər nə dərəcə düzdü?
  • Xeyr, bu haqda məlumatım yoxdu.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button