Elşad Əhmədov: “Hesab oyuna görə oldu”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədovun Premyer Liqanın 3-cü turu çərçivəsində “Zirə” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Əhmədov 1:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Maraqlı oyun keçdi. İlk hissədə biz yaxşı oynadıq, ikinci yarıda rəqib. İmkanlarımızdan istifadə edə bilsəydik, başqa cür olardı. İkinci hissədə demək olar ki, rəqib oynadı. Hesab oyuna görə oldu.
  • Bu nəticənin ikinci hissədə müdafiədə oynadığınız üçün olduğunu düşünmürsüz? Ozan Can Kökçünün əvəzinə Abbas Ağazadəni meydana buraxmaq nə dərəcə düzgün idi?
  • İstədiyim müdafiədən oynamaq deyildi. Penaltidən sonra da uşaqlarda həyəcan yarandı. Ozanı deyil, Rəşadı çıxaracaqdım. Ancaq Ozanın zədələnməsi planlarımızı pozdu. Məcburiyyətdən dəyişdik.
  • İlk hissədəki oyunu ikinci hissədə də oynaya bilməməyinizi nəyə bağlayırsız?
  • “Zirə”nin də haqqını vermək lazımdı. Sürətli futbol oynadılar. İstədiyim oyun müdafiə futbolu deyildi.
  • 3 tura 2 xal hədəfləriniz və məqsədlərinizə uyğundurmu?
  • Xeyr.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button