Elnur Əşrəfoğlu “Qarabağ” – “Kayrat” matçından öncə anıldı

Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Kayrat” (Qazaxıstan) matçından öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb.

Komanda.az xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun tablolarında Əşrəfoğlunun fotosu əks olunub.

“Qarabağ” – “Kayrat” oyununa bu gün saat 20:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button