Elnur Əşrəfoğlunun son durumu ilə bağlı qardaşından açıqlama

Koronavirusa yoluxan idman jurnalisti Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar.

Bu barədə Komanda.az-a Elnur Əşrəfoğlunun qardaşı Rəşad Şükürov məlumat verib. O bildirib ki, qanaxmalar çoxaldığı üçün onu ECMO cihazında saxlamaq mümkün deyil:

“Cihazdan ayrılma bir neçə saat çəkir. Həkimlər hələ bir söz deməyiblər. Yəqin gecə saatlarında məlumat verilər”.

Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlu hazırda ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.