Elmar Baxşıyev: “Nə etmişik ki, rahat olaq?”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Çətin səfər oyunu olacağını bilirdik. Rəqibin yaxşı heyəti var. “Sabah” oyunu ilə seçilən komandadır. Meydanda istədiklərimizi edə bildiki və layiqli qələbə qazandıq.
  • Fasilədən sonra komandanın arxaya çəkilməsi taktiki gediş idi?
  • Komandanı müdafiədə saxlamaq tapşırığı verməmişdik. “Sabah”ın hücumda yaxşı oyunçuları var. Onları öz qapımızda qarşılamağa məcbur olduq. İkinci planımız əks-hücumlar idi ki, bunu da yerinə yetirə bildik.
  • Arxada qalan 3 turda 6 qol vurduz. Komandada nə dəyişib?
  • Ötən il daha çox qol epizoduna girirdik, ancaq dəyərləndirə bilmirdik. İndi isə az epizoda girib, qol vura bilirik.
  • Nəticələrdən sonra hədəflər dəyişirmi?
  • Sırf Avroliqaya gedək deyə bir hədəf yoxdur. Bütün diqqətimiz növbəti oyundadır.
  • Əlinizdəki heyət kifayət edir?
  • Güclənməyə ehtiyacımız var. Hücumameyilli bir oyunçumuz da olsa, kifayətlənərik.
  • Qarşınızda bir məqsəd olmadığı üçün rahatsız, yoxsa necə?
  • Bu klub məşqçiyə inamı verir. İstər mən olum, istər başqası. Biz özümüz də komandaya təsir etmirik. İstəyirik ki, onların yanaşmasını düzəldək, aşılayaq ki, nə üçün meydana çıxır.
  • Belə rahatlıq hansısa fəsadlara yol aça bilərmi?
  • Nə etmişik ki, rahat olaq?
  • Asif Məmmədovun durumu nə yerdədir?
  • Zədəsi ciddi deyil. O, bizim üçün önəmli futbolçudur. Hücumları bəzən Asifin üzərində qururuq. Onun davamçısı da gəlir – Emin Səfərov.
  • Omar Hanini oyuna nə üçün gec buraxdız?
  • Hələ hazır deyil. Bir ay futbolsuz qalıb və cəmi bir həftə komanda ilə məşqlərə başlayıb. O, getdikcə daha yaxşı çıxış etməyə qadirdir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button