Elmar Baxşıyev: “Mənim də uğurlu olacağıma zəmanət yoxdu”

“Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyevin Premyer Liqanın 4-cü turu çərçivəsində “Sabah”la qarşılaşdıqları səfər oyunundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Baxşıyev 1:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

  • Çətin oyun olacağını bilirdik. Güclü futbolçuları olan komandaya qarşı oynadıq. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı vaxtımız oldu. Komandanın psixoloji durumunu düzəltməyə çalışdıq. Bu gün də bunun bəhrəsini gördük.
  • Qısa müddətdə nə dəyişdi?
  • Əsas, yanaşma. Çalışdıq ki, əvvəlki oyunları unudub, 0-dan başlayaq. İnandırdıq ki, biz heç kimdən zəif deyilik.
  • Bu uğurlu nəticəni tez-tez təkrarlamaq mümkün olacaqmı?
  • Komanda məşqlərdə özünü yaxşı göstərirdi. “Sumqayıt”la yoxlama oyununda da yaxşı çıxış etdik. Davamını bu gün gətirdik.
  • Sənan Qurbanovun vaxtında bunları niyə etmək olmurdu?
  • Mən Sənan Qurbanovun köməkçisi olmuşam. Uzun illər onunla birlikdə olmuşuq. Ona hörmətim böyükdü. Mənim də uğurlu olacağıma zəmanət yoxdu. Çalışdıq uşaqları inandıraq ki, heç kimdən zəif deyilik. Qələbənin sahibi komandadı.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button