Elmar Baxşıyev: “İki fərqli hissə izlədik”

Misli Premyer Liqasının 4-cü turunun “Qəbələ” – “Sabah” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“İki fərqli hissə izlədik. Birinci hissədə üstünlük daha çox bizdə olsa da, yaratdığımız qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik. Ümumi götürəndə komandanın oyunundakı dinamika xoşuma gəldi. Çalışırdıq ki, daha çox hücumda oynayaq. Məğlubiyyəti düzgün analiz edəcəyik. Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button