Elmar Baxşıyev: “Daha dinamik oynayacağımıza inanıram”

Misli Premyer Liqasının 3-cü turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Kəpəz” son pillələrdə qərarlaşsa da, heyətində yaxşı futbolçular var. Gəncə təmsilçisinə uğurlar arzulayırıq. İnanırıq ki, qarşıdakı turlarda daha yaxşı olacaqlar.

Öz komandamıza gəlincə, daha ağır matça hazırlaşmışdıq. Komandamızı təbrik edirəm. Qarşıdakı turlarda daha məzmunlu, daha dinamik oynayacağımıza inanıram. Mənim anlayışımda əsas və ehtiyat oyunçu yoxdur. 16 futbolçumuz var. Hər biri start heyətində çıxmağa layiqdir. Bir turda biri şans qazanar, növbəti matçlarda başqa heyətlə çıxa bilərik. Amma bütün futbolçular əsas heyət üzvləridir. Daha yaxşı olacağıq. İstədiyimiz odur ki, komanda meydanda rahat oynasın. Növbəti qarşılaşmalarda daha dinamik olacaqlarına inanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button