Elmar Baxşıyev: “Bu, komandaya əlavə motivasiya verirdi”

Azərbaycan Premyer Liqasının 4-cü turunun “Qəbələ” – “Səbail” oyunundan (5:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Oyunun çətin keçəcəyini bilirdik. Komandanı ağır matça hazırlamışdıq. Son iki mövsümdə “Səbail”lə ev görüşlərində qalib gələ bilməməyimiz komandaya əlavə motivasiya verirdi. Futbolçular verilən tapşırığı meydanda layiqincə yerinə yetirdilər. Omar Hani potensialının 50 faizini göstərir. Məşqdə də hiss edirik ki, hələ optimal formada deyil. Əlbəttə, öz formasına çatsa, daha yaxşı Omar görəcəyik. İlk hissədə də komanda rahat oynayır, necə hücum etməyi bilirdi. Fasilədə bir neçə korrektə etdik, bəzi zonalara diqqəti artırdıq. İkinci yarıda futbolçularımız daha artığını göstərdi. Bu, komandanın potensialı deyil və daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında daha yaxşı olacağıq. Ülvi İsgəndərov lazımi anda oyunu gücləndirə biləcək futbolçudur. Sevindiricidir ki, komandaya fayda verə bilir. Yaovi Akakponun zədəsi ciddiyə bənzəyir, amma tibbi müayinədən sonra dəqiqləşəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button