“Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım” – “Neftçi”nin sabiq futbolçusu

Ekvadorun “Muşuk Runa” klubunda forma geyinən “Neftçi”nin keçmiş futbolçusu İqnasio Herrera Çili mətbuatına müsahibə verib.

Komanda.az “prensafutbol.cl” saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, Azərbaycandakı günlərindən də danışıb:

“Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım, olduğum yerlərdə insanların sevgisini qazandım. Bunların mənə qazandırdığı mədəniyyət təcrübəsi inanılmazdır. Bu, futbol oynamaqdan və davamlılığı təmin etməkdən yaxşıdır”.

Herrera 2017/18 mövsümünü “Neftçi”də keçirib.