Edu yenidən “Arsenal”da

İngiltərənin “Arsenal” klubuna yeni texniki direktor təyin olunub.

Komanda.az xəbər verir ki, London təmsilçisi bu vəzifəyə keçmiş futbolçusu Edunu gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi 2001-2005-ci illər aralığında “Arsenal”da forma geyinib. O, “topçular”ın heyətində iki dəfə İngiltərə çempionu olub.

“Korintians”ın yetirməsi olan, karyerasını da məhz bu klubda başa vuran Edu, 4 il İspaniyanın “Valensiya” komandasının da şərəfini qoruyub. O, 2010-cu ildə zədə səbəbindən karyerasını bitirmək məcburiyyətində qalıb.