Eden Hazard “Barselona” ilə oyunu buraxacaq

“Real”ın zədəli yarımmüdafiəçisi Eden Hazardın durumuna aydınlıq gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Belçika millisinin kapitanı La Liqanın 7-ci turunda “Barselona” ilə görüşü buraxacaq.

Onun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Baş məşqçi Zinəddin Zidan oyunçunun gələcəkdə yenidən zədələnməməsi üçün onun sağalma prosesinin yetərli olmasını istəyib.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu oktyabrın 24-də “Nou Kamp”da baş tutacaq.