“Roma” Miliki alır, onu satır

“Roma”nın futbolçusu Edin Dzeko komandadan ayrıla bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Yuventus”a keçməyə yaxındır. Məlumata görə, klublar futbolçunun transferi üçün anlaşıb. “Canavarlar” “Napoli”dən Arkadiuş Miliki transfer etsə, Dzekonu “qoca sinyora”ya satacaq.

2016-cı ildən “Roma”nın şərəfini qoruyan bosniya və herseqovinalı futbolçunun müqaviləsi 2022-ci ildə başa çatır.