Dzeko istəyir, “Roma” istəmir

İtaliyanın “İnter” klubu uzun müddətdir heyətinə qatmaq istədiyi “Roma”nın futbolçusu ilə razılıq əldə edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”, “Roma”nın 33 yaşlı hücumçusu Edin Dzeko ilə razılıq əldə edib. Futbolçunun meneceri və klub nümayəndələri arasında keçirilən görüşdə ilkin razılıq əldə olunub. Bu gün “İnter” transferi tamamlamaq üçün “Roma” ilə növbəti dəfə danışıqlara başlayacaq. Dzekonun karyerasını “İnter”də davam etdirmək istəməsinə baxmayaraq, “canavarlar” onun komandadan ayrılmasını istəmir. Klub rəhbərliyi heyətdə Dzekonu əvəz edə biləcək futbolçunun olmadığını və bu ayrılığın komandanı çətin vəziyyətə salacağını bildirir.

Bir müddət əvvəl “İnter”in futbolçu üçün 15 milyon avro təklif etdiyi, paytaxt klubunun isə 20 milyon istədiyi deyilirdi. Hazırda “İnter”in bu məbləği artırmaq niyyətində olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button