Dzeko ingilislərin hədəfində

“Roma”nın futbolçusu Edin Dzeko karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bosniyalı hücumçu “Vest Hem”in maraq dairəsinə düşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Vest Hem”in Dzekoyla danışqlara başladığı bildirilir. Transferə yeganə maneə “Roma”dır. A Seriyası təmsilçisi Dzeko üçün gələn 20 milyonluq təklifi rədd edib.

Dzeko 2016-cı ildə “Mançester Siti”dən “Roma”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button