“Biz qələbəyə daha çox layiq idik” – De Xea

İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Çelsi” ilə 1:1 hesablı heç-heçə edən “Mançester Yunayted”in qapıçısı David de Xea açıqlama verib.

Komanda.az xəbər verir ki, ispan futbolçu, qələbəyə “qırmızı şeytanlar”ın layiq olduğunu bildirib:

“Yaxşı komandaya qarşı gərgin oyun oldu. Hər iki komanda üçün çətin oyun idi. Qalib gəlmək üçün kifayət qədər şans yaratdıq. Düşünürəm ki, biz qələbəyə daha çox layiq idik. Bu oyunda yaxşı müdafiə olunduq. Hər məşqdə oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. İnkişafa davam etmək üçün növbəti oyunlarda qalib gəlmək vacibdir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button