“Hər zaman “Messi Maradona deyil” kimi fikirlər olacaq”

Argentina millisinin sabiq futbolçusu Mario Kempes Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı sabiq futbolçu, Messinin Argentina millisinin heyətində dünya çempionu ola bilməməsi ilə bağlı danışıb:

“Dieqo Maradona dünya çempionluğunu qazandı, amma Messi hələ bunu bacara bilməyib. Buna baxmayaraq, Messi futbolda hər şeyi qazandı. Üstəlik, o, hər zaman meydanda ən yaxşısını edib.

Lionel dünya çempionu olmayıb deyə, hər zaman “Messi Maradona deyil” kimi fikirlər olacaq. Düşünürəm ki, insanlar bu mövzuda çox cəfəngiyyat danışırlar”.