“Vəziyyət daha da pisləşir” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola koronavirusla bağlı İngiltərədə karantin rejiminin sərtləşdirilməsinin futbola mümkün təsiri barədə açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir, ispan mütəxəssis, ölkədə futbolun dayandırılmasının mümkün olduğunu bildirib:

“Verilən qərarlardan xəbərim var, vəziyyət daha da pisləşir. Bu situasiya İspaniyada, Almaniyada, Fransada da oldu. Düşünürəm ki, futbol baş verənlərdə istisna hal ola bilməz. Oynamaq məcburiyyətində qalsaq, oynayacağıq. Amma restoranlar, digər müəssisələr bağlandıqda, cəmiyyətin bu qruplarından fərqlənmək istəmirik. Təhlükəsiz vəziyyətdə olmaq istəyirəm. Ailəm, dostlarım, bütün İngiltərə üçün yaxşı vəziyyətdə olmaq istəyirəm”.