“Dünyanın harasında olsam, bu oyunu izləyərdim” – Klopp

İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində “Mançester Yunayted”lə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızı şeytanlar”ı yüksək qiymətləndirib:

“Artıq beş ildir ki, İngiltərədə yaşayıram, “Mançester Yunayted” heç zaman zəif təsir bağışlamayıb. Rəqibimiz yaxşı komandadır, əla futbolçuları var. “Mançester Yunayted” güclü komandadır, amma biz öz meydanımızda oynayırıq. Oyuna diqtə etməyimiz lazımdır. Dünyanın harasında olsam, bu oyunu izləyərdim.

Hazırkı mövqeyimizdən razıyıq. Nəyin səhv olduğunu, nəyi dəyişdirə biləcəyimizi bilirik. Bu oyunu dörd gözlə gözləyirəm”.

“Liverpul” – “Mançester Yunayted” oyunu sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button