“Özümü toplayıb, meydana qayıdanda, yenidən zədələnirəm” – “Yuventus”un futbolçusu

“Yuventus”un futbolçusu Duqlas Kosta tez-tez zədələnməsi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, tez-tez zədələndiyi üçün təəssüfləndiyini bildirib:

“Bəzən daha çox oynaya biləcəyimi düşünürəm. Özümü toplayıb, meydana qayıdanda, yenidən zədələnirəm. Televizorda futbol izləyərkən, yenidən yüksək səviyyədə futbol oynaya biləcəyimi xatırlayıram. Futbol məni həyata bağlayır, bunun pul və ya məşhurluqla əlaqəsi yoxdur. Dünyanın ən yaxşılarından biri olmaq potensialına sahibəm, amma məndən asılı olmayan səbəblərə görə bunu bacara bilmirəm. Hər dəfə zədələnəndə, “bu dəfə problem nədir?” deyə, düşünürəm. Mütəmadi oynaya bilməmək məni çox təəssüfləndirir. Buna görə də, peşəkar yardım alıram. Onlar psixoloq deyil, amma bəzi məsələlərin bizə necə təsir edə biləcəyini göstərirlər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button