“Dünyanın ən yaxşı klubunda oynayacağım üçün xoşbəxtəm” – “Real”ın yeni transferi

İspaniyanın “Real” klubunun “Portu”dan transfer etdiyi Eder Militao yeni klubunda açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təqdimat mərasimində açıqlama verən 21 yaşlı müdafiəçi, “kral klubu”nda tarix yazmaq istədiyini deyib:

“Dünyanın ən yaxşı klubunda oynayacağım üçün xoşbəxtəm. Bu, ailəmin və menecerimin köməyi ilə baş verdi. Uşaqlığımdan bəri dünyanın ən yaxşı klubunda oynamaq istəmişəm. Bunun üçün klub prezidentinə təşəkkür edirəm. Bütün “Real” azarkeşlərinə bu klubu ən yaxşı şəkildə təmsil edəcəyimi demək istəyirəm. Əlimdən gələn hər şeyi edəcəm. Mən yeni tarix yazmaq üçün burdayam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button