Dünyanın ən bahalı futbol klubları

“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib.

Komanda.az xəbər verir ki, birinci pillədə İspaniya təmsilçisi “Barselona” qərarlaşıb.

Bu ölkənin digər klubu “Real” ikinci, Almaniya “Bayern”i üçüncü sırada yer alıb.

İngiltərə “Mançester Siti”si və Fransa PSJ-si ilk “5-liy”ə daxil olmayıb. “10-luq”dakı klubların 6-sı İngiltərə təmsilçisidir.

Dünyanın ən bahalı klubları bunlardır:

  1. Barselona (İspaniya) – 4,76 milyard avro
  2. Real (İspaniya) – 4,75 milyard avro
  3. Bayern (Almaniya) – 4,21 milyard avro
  4. Mançester Yunayted (İngiltərə) – 4,2 milyard avro
  5. Liverpul (İngiltərə) – 4,1 milyard avro
  6. Mançester Siti – 4 milyard avro
  7. Çelsi – 3,2 milyard avro
  8. Arsenal – 2,8 milyard avro
  9. PSJ – 2,5 milyard avro
  10. Tottenhem – 2,3 milyard avro