Dünya şahmat tacı uğrunda görüşün vaxtı və yeri açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmat tacı uğrunda keçiriləcək oyunun vaxtını və yerini açıqlayıb.

Komanda.az xəbər verir ki, görüş bu il 24 noyabr-16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Görüş hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) iddiaçılar turnirinin qalibi arasında təşkil olunacaq. İddiaçılar turniri koronavirusa görə təxirə salınıb. Yarış bu il noyabrın 1-də, Rusiyanın Yekaterinburq şəhərində qaldığı yerdən davam etdiriləcək.