Dünya Kuboku: Azərbaycanın sərbəst güləş millisinin heyəti açıqlandı

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kuboku üçün Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, ölkəni baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.

Qeyd edək ki, sərbəst güləşçilər mübarizəyə sabah qoşulacaq. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button