“Real”ın futbolçusu DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

“Real”ın və Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger bu il Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “sport1”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu DÇ-2022-nin Qətərdə keçirilməsinin doğru olmadığını deyib:

“Dünya çempionatının Qətərdə keçirilməsi qərarı azarkeşlər və oyunçular üçün doğru deyildi. Bu qərar onu göstərdi ki, dünya futbolunda pul və güc çox mühüm rol oynayır. Mən rəsmilər və assosiasiyalar səviyyəsində mümkün boykot barədə çox danışmışam, amma biz oyunçular arasında deyil. Əlbəttə ki, biz bu vəziyyətə tənqidi baxmalıyıq və bunu artıq komanda olaraq etmişik”.

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button