“Hər şey yaxşı görünür” – Poqba

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiyaya 4:0 hesabı ilə qalib gələn Fransa millisinin futbolçusu Pol Poqba açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi, oyundan razı qaldığını bildirib:

“Hər şey yaxşı görünür. Son iki matçda əla nəticələr əldə etdik. Həm Moldova millisi ilə oyunda (4:1), həm də bu görüşdə yaxşı çıxış etdik.

Eyni şəkildə davam etməyimiz lazımdır. Komanda olaraq irəliləyirik. Dünya çempionu olduqdan sonra daha çox təcrübəyə sahibik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button