Dünya çempionları məhkəmə çəkişməsində məğlub oldular

Qadınlardan ibarət ABŞ yığmasının üzvlərinin federasiyaya qarşı məhkəmə çəkişməsinə dair rəsmi qərar açıqlanıb.

Komanda.az xəbər verir ki, milli üzvləri kişilərdən ibarət yığmanın oyunçularından az maaş aldıqlarını, bu üzdən də ABŞ Futbol Federasiyasının onlara 66 milyon dollar təzminat ödəməli olduğunu tələb edirdilər.

Amma qadın futbolçuların kişilərlə “bərabər maaş” iddiası məhkəmə tərəfindən yetərsiz hesab olunub. 2019-cu ilin mart ayında açılan məhkəmə işi iddiaların yetərsizliyi səbəbindən bağlı elan edilib. Araşdırmalar nəticəsində məlum olub ki, 2015-2019-cu illər aralığında qadın futbolçular daha çox oyuna çıxıblar və bu üzdən də onların gəlirləri kişilərdən ibarət yığmanın üzvlərindən daha çox olub.

Qeyd edək ki, ABŞ-ın qadınlardan ibarət yığması 2015 və 2019-cu illərdə dünya çempionu olub. Lakin ötən il millidə çıxış edən 28 oyunçunun hamısı kişi futbolçulardan daha az qazandıqlarını iddia edərək, bunun üçün məhkəməyə üz tutacaqlarını açıqlamışdılar.