Dünya çempionatı ardıcıl iki il Qətərdə keçiriləcək

Klublararası dünya çempionatı ardıcıl iki il (2019 və 2020) Qətərdə keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qətər 2022-ci ildə yığma komandalar arasında keçiriləcək dünya çempionatına da ev sahibliyi edəcək. Məhz bu üzdən ali futbol qurumu qətərlilərin mundiala daha yaxşı hazırlaşmasını əsas tutaraq, klublararası DÇ-nin də ardıcıl iki il bu ölkədə təşkilinə qərar verib.

Sözügedən turnir daha öncə Braziliya, Yaponiya, Mərakeş və son olaraq, Birləşmiş Ərəb Əmirliyində təşkil olunub. Klublararası dünya çempionatının kubokunu son 3 ildə İspaniya nəhəngi “Real” qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button