Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında qarşıdurma yarandı

Dünən vəfat edən Dieqo Maradona ilə bu gün vida mərasimi keçiriləcəyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, mərhum futbolçunun vida mərasimində polislə azarkeşlər arasında qarşıdurma yaranıb. Bu barədə Argentinanın TN telekanalı məlumat yayıb.

Mərasimin başlamasından 1 saat sonra bir sıra azarkeşlər Maradonanın meyidinin olduğu Kasa Rosadakı prezident sarayına girməyə cəhd edib. Bu zaman polislə azarkeşlər arasında toqquşma yaranıb.

Maradona dünən ürəktutmasından vəfat edib.