“Düdelanj”ın hücumçusu Premyer Liqa klubu ilə müqavilə bağladı

Futbol üzrə Lüksemburq yığma komandasının və bu ölkənin “Düdelanj” klubunun hücumçusu Danel Sinani karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Komanda.az “L’essentiel” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Norviç Siti”yə transfer olunub.

Tərəflər 3 illik müqaviləyə imza atıblar. Premyer Liqa təmsilçisi bu keçidə görə heç bir təzminat ödəməyəcək. Çünki Sinaninin “Düdelanj”la müqaviləsi bu yay tamam olacaq. Lüksemburqlu forvard da yeni klubuna məhz həmin vaxt qoşulacaq.

Sinani İngiltərə klubuna transferini belə şərh edib: “Norviç Siti” gözəl komandadı, dünyanın ən yaxşı çempionatında mübarizə aparır. Buna görə də təklif gələn kimi dərhal qərar verdim”.

Qeyd edək ki, Lüksemburq yığmasının üzvü bu mövsüm Avropa Liqasında “Düdelanj”ın heyətində 11 oyuna çıxıb, 9 qola imza atıb. O, Lüksemburq çempionatında da 14 qolla ən məhsuldar futbolçudu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button