“Qarabağ” haqda məlumatım azdır”

“Düdelanj”ın futbolçusu Mikael Qaros Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Komanda.az “tageblatt.lu” saytına istinadən xəbər verir ki, Qaros, “Qarabağ” haqda məlumatının az olduğunu deyib:

“Qarabağ” haqda məlumatım azdır. Diqqətli olmalı və arxayınlaşmamalıyıq. Bu, Avropa Liqasının qrup mərhələsidir. “Qarabağ” çox güclü rəqibdir. Rəqiblərə yuxarıdan aşağı baxmırıq və itirəcək bir şeyimiz yoxdur”.

Bu gün keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək.