“Xal qazanmaq üçün hər şey etmək istəyirik” – “Düdelanj”ın futbolçusu

“Düdelanj”ın futbolçusu Dominik Stolz Lüksemburq mətbuatına açıqlama verib.

Komanda.az “fupa.net” saytına istinadən xəbər verir ki, 29 yaşlı alman yarımmüdafiəçi, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la qarşılaşacaqları oyunda qələbə qazanmaq istədiklərini deyib:

“Xal qazanmaq üçün hər şey etmək istəyirik. Uzun səyahətimiz faydalı keçməlidir və qələbə kluba yaxşı pul qazandıra bilər”.

Bu gün keçiriləcək “Qarabağ” – “Düdelanj” matçı saat 21:55-də start götürəcək.