“Düdelanj” – “Qarabağ” oyununda təxribat – Oyun yarımçıq dayandırıldı! FOTO

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburq “Düdelanj”ına qarşı keçirdiyi səfər matçında qalmaqal yaşanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Miçelin rəqib qapısından 2-ci qolu keçirməsindən sonra stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış dron uçmağa başlayıb. Bu isə Rəşad Sadıqov başda olmaqla Ağdam klubunun futbolçuları tərəfindən sərt etirazla qarşılanıb. Onlar hakimə etirazlarını bildiriblər. Qarşılaşmanın baş hakimi isə vəziyyətin ciddiliyini nəzərə alaraq, futbolçuları paltardəyişmə otağına göndərib. Bu zaman azarkeşlərdən də meydan daxil olmağa çalışanlar olub. Nəticədə, qarşılaşmada artıq 10 dəqiqədən çoxdur davam edən fasilə yaranıb. Oyunun davam etdirilib-etdirilməyəcəyi bilinmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button