“Azarkeşsiz oynamaq çətindir, ancaq…” – “Borussiya”nın futbolçusu

Dortmund “Borussiya”sının futbolçusu Yulian Brandt Bundesliqanın 26-cı turunda “Şalke”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Kicker” nəşrinə danışan alman hücumçu, azarkeşsiz oynamağın çətin olduğunu deyib:

“Azarkeşsiz oynamaq çətindir, ancaq hazırkı məqamda mümkün olan budur. Qaydalara əməl etməyə çalışırıq. Qolu boş tribunaya qaçaraq, qeyd etməyim? Bu, emosiyalarla bağlı bir qərar idi”.

“Borussiya” “Şalke”ni 4:0 hesabıyla darmadağın edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button