Marko Roys narahatdır

Dortmund “Borussiya”sının futbolçusu Marko Roys Bundesliqanın 3-cü turunda “Bayer”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Roys, 4:3 hesabıyla bitən görüşdən sonra verdiyi açıqlamada, komandanın norveçli hücumçu Erlinq Halanddan asılı olduğunu deyib:

“Halanddan asılıyıq. Bu, məni narahat edir. Çünki hər oyunda üç-dörd qol vura bilmərik. Çox qol vurur, çoxunu da buraxırıq. “Bayer”lə oyunu birtəhər qazandıq, çünki çox əziyyət çəkdik”.