“Daha çox şeyə qadir olduğumu bilirəm” – Haland

Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-ni məğlub etdikləri (2:1) matçdan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə komandasının hər iki qolunu vuran və oyunun ən yaxşısı seçilən norveçli hücumçu matçla bağlı bunları deyib:

“Mükafatı qazanmaqdan məmnunam. Daha çox şeyə qadir olduğumu bilirəm. Bu səviyyədə davam edib, daha çox çalışmalıyam. Nəticə bizim üçün çox təhlükəlidir. Çünki PSJ olduqda güclü komandadır.

Bombardirlər siyahısında 1-ci olmaq istəyirəm.Oyunda vurduğum 2-ci qolu heç düşünməmişdim. Top gəldi və çox fikirləşmədim. Bu fürsəti dəyərləndirdim. Sadəcə fantastik idi”.