Haland “Liverpul”un hücumçusunu fərqləndirdi

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland ən yaxşı afrikalı futbolçunun adını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli hücumçu, “Liverpul”un futbolçusu Sadio Maneni fərqləndirib:

“Afrikalı yaxşı oyunçular çoxdur. Ancaq mənə görə, ən yaxşısı Sadio Manedir”.

Sadio Mane 2019-cu ildə Afrikanın ən yaxşı futbolçusu mükafatını qazanıb.