Dortmund “Borussiya”sında yeni müqavilə

Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Covanni Reyna ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədərdir.

ABŞ-ın “Nyu York Siti” klubunun yetirməsi olan Reyna, 2019-cu ildən “Borussiya”nın uğurları üçün çalışır. O, Dortmund klubunun əsas komandasında indiyə qədər 29 rəsmi oyuna çıxıb. Gənc yarımmüdafiəçi ABŞ millisində də 2 oyun keçirib.