Dortmund “Borussiya”sında ciddi itki

Almaniyanın “Borussiya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisinin yarımmüdafiəçisi Kristian Pulişiç sıradan çıxıb.

Onun ABŞ yığmasının heyətindən zədəli qayıtdığı müəyyənləşib. Gənc futbolçu Çili ilə yoxlama oyununda (1:1) zədələnib.

Pulişiçin zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlara nə vaxt dönəcəyi “Borussiya” həkimlərinin ətraflı müayinəsindən sonra müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button