“Bavariya” 3 xalı 3 qolla qazandı

Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Günün ilk oyununda “Verder” “Maynts”ı qəbul edib. Qonaqlar bu görüşdə 5 cavabsız qola seviniblər. “Yunion” da evdə “Hoffenhaym”a uduzub. “Auqsburq” isə “Fortuna”nı darmadağınla yola salıb.

Turun mərkəzi görüşündə lider “Leyptsiq” səfərdə Dortmund “Borussiya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Bayer” evdə “Herta”ya, “Ayntraxt” “Köln”ə uduzub.

“Volfsburq” – “Şalke” matçında qalib müəyyənləşməyib. Münhenqladbax “Borussiya”sı doğma meydanda “Parderborn”u 2 cavabsız qolla məğlub edib. Səfərdə “Frayburq”la qarşılaşan “Bavariya” da son dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb.

Almaniya Bundesliqası, 16-cı tur

17 dekabr

Verder – Maynts 0:5
Qol
: Kayson, 10; 19; 38. Pavlenka, 15-öz qapısına. Mateta, 81.

Auqsburq – Fortuna 3:0
Qol
: Maks, 32; 72. Yedvay, 61.

Borussiya D – Leyptsiq 3:3
Qol
: Vayql, 23. Brandt, 34. Sanço, 55 – Verner, 47; 53. Şik, 78.

Yunion – Hoffenhaym 0:2
Qol
: Bebu, 56. Baumqartner, 90+1.

18 dekabr

Bayer – Herta 0:1
Qol
: Pekik, 64.

Borussiya M – Parderborn 2:0
Qol
: Plea, 46. Ştindl, 67.

Ayntraxt – Köln 2:4
Qol
: Hinteregger, 6. Pasiensia, 30 – Hektor, 44. Bornau, 72. Dreksler, 81. Yakobs, 90+4.

Frayburq – Bavariya 1:3
Qol
: Qrifo, 59 – Levandovski, 16. Zirkze, 90+2. Qnabri, 90+5.

Volfsburq – Şalke 1:1
Qol
: Mbabu, 82 – Kabak, 51.

Bombardir: Robert Levandovski (Bavariya) – 19 qol.