Getse Niderland klubunda – rəsmi

Dortmund “Borussiya”sı ilə yollarını ayıran Mario Getsenin yeni ünvanı məlum olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı alman futbolçu Niderlandın PSV klubuna keçib. Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Getse ilə 2 illik müqavilə imzalanıb.

Almaniya milli komandasının da üzvü olan yarımmüdafiəçi, karyerası ərzində “Bavariya” və “Borussiya”da (Dortmund) çıxış edib.