Bundesliqanın yeni rekordçusu

Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının 2-ci turunda “Köln”ü məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən görüşdə Dortmund təmsilçisinin futbolçusu Ceydon Sanço yeni rekorda imza atıb. 19 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada 1 qol vuraraq, Almaniya Bundesliqası tarixində 15-ci dəfə fərqlənib. 19 yaşlı Sanço, ölkə çempionatında 15 qol vurmağı bacaran ən gənc oyunçu olub.

Bundan əvvəlki rekord “Ştutqart”ın sabiq futbolçusu Horst Köppelə aid idi. Köppel, 1967-ci ildə, 19 yaş 183 günlüyündə Bundesliqada 15 qol vurmuşdu. Sanço isə 15 qol səddinə 19 yaş 151 günlüyündə çatıb.