Yeni transfer Bundesliqada rekorda imza atdı

Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının 19-cu turunda “Köln”ü darmadağın edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən görüşdə dubl edən “Borussiya”nın futbolçusu Erlinq Haland yeni rekorda imza atıb. Belə ki, Bundesliqada debüt matçında “Auqsburq”a 3 qol vuran norveçli hücumçu, iki dəfə də “Köln”ün qapısına tol tapıb. 19 yaşlı forvard Bundesliqa tarixində ilk 2 oyununda 5 qol vuran ilk futbolçu olub.

Haland yanvarda “Zalsburq”dan 20 milyon avro qarşılığında “Borussiya”ya keçib.