Dörd futbolçuda koronavirus aşkarlandı – MLS klubunda

MLS-də mübarizə aparan ABŞ-ın “Dallas” klubunda 6 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Xəbərdə koronavirus aşkarlanan şəxslərdən dördünün futbolçu olduğu bildirilir. Amma onların adları açıqlanmır. Virus aşkarlanan şəxslərin hamısı karantinə alınıb və xüsusi həkim nəzarəti altındadılar.

Koronavirusa görə martdan dayandırılan MLS iyulun 8-də fərqli formatla bərpa olunacaq. Bütün oyunlar isə Orlandoda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button