“Çox yaxşı dörd müdafiəçiyə sahib olduğum üçün xoşbəxtəm” – Pirlo

İtaliya kubokunun yarımfinalının cavab oyununda “İnter”lə 0:0 hesablı bərabərliyə razılaşan “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Pirlo, oyundan razı qaldığını bildirib:

“Futbolçu olmaq daha asan idi, oyunun bitməsi ilə hər şey geridə qalırdı. Məşqçi kimi belə deyil, oyundan sonra növbəti qarşılaşmanı düşünməlisiz. Çox yaxşı dörd müdafiəçiyə sahib olduğum üçün xoşbəxtəm. Onlar bizim müdafiə sistemimizə adaptasiya olurlar. Bu oyunda “İnter”in demək olar ki, qol şansı olmadı. Oyundan çox məmnunam. Hələ nəsə əldə etməmişik. İstirahət edib, növbəti oyunlara hazırlaşmalıyıq”.

İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Yuventus” növbəti mərhələyə vəsiqə qazanıb.